XƏBƏRLENTİ

xeberlenti.com

Abşeron-Xızı regionu üzrə ən az və çox şagirdi olan MƏKTƏBLƏR

Məktəblərdə şagird sayı təhsilin keyfiyyətinə və idarəetmə proseslərinə birbaşa təsir göstərən əsas amillərdən biridir.

Maraqlıdır, region məktəblərində ən çox və ən az şagird sayı olan neçə məktəb var?

“Xeberlenti.com” mövzu ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, Abşeron-Xızı Regional İdarənin tabeliyində fəaliyyət göstərən Xırdalan 2 saylı tam orta məktəbdə şagird sayı təxminən 6500-dən yuxarıdır:

“Ən az şagird sayı olan məktəb isə Xızı rayonu Ağdərə kənd tam orta məktəbidir. Belə ki, burada təxminən 25-30-a yaxın şagird təhsilini davam etdirir,- deyə idarədən məlumat verilib.

 

 

 

About Author