Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 647 ton donuz piyi gətirilib.
“XEBERLENTİ.COM” açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuz piyinin idxalı 56% və ya 232,6 ton artıb.
Qeyd edək ki, bu il idxal olunan donuz ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,3 dollar (2,1 manat) olub.
Donuz piyi Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:
Almaniya – 247,9 ton
Danimarka – 227,8 ton
Rusiya – 107,9 ton
İsveç – 48 ,1 ton
Norveç – 15,2 ton
Onu da bildirək ki, xaricdən 2,1 manata idxal edilən donuz piyinin 1 kiloqramı marketlərdə dəfələrlə baha satılır. Məsələn, ölkənin aparıcı marketlərindən olan “Neptun”marketdə donuz piyinin 1 klioqramı 18 manata təqdim edilir.
Elnur Əli