Sosial şəbəkələrdə Azərbaycanda uşaqların oğurlanmasına dair iddiaların səsləndirildiyi səs yazıları yayılıb.
“Xeberlenti.com” xəbər verir ki, həmin səsyazılarında Vatsap messencerindəki səsli mesajlardan istifadə edən qadınlar fərqli-fərqli rayonlarda uşaqların oğurlanması ilə bağlı məlumat aldıqlarını iddia edirlər.
Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan səs yazıları həqiqəti əks etdirmir.
“Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb. Qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar faktsız iddiları paylaşmasınlar”, – DİN-in mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.