XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycanda iki vəkilə töhmət verilib, altısına xəbərdarlıq olunub

Azərbaycanda iki vəkilə töhmət verilib, altısına xəbərdarlıq olunub.

“Xeberlenti.com”xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul olunub.

Kollegiyanın sədri Anar Bağırov dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyi müsbət addım kimi yüksək qiymətləndirib. O bu qərarın vəkillərin sosial təminatının yaxşılaşdırılmasına, onların peşəkar fəaliyyətlərinin stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb.

A.Bağırov həmçinin bildirib ki, vəkillərin sayı son illərdə üç dəfədən çox artıb, vətəndaşların keyfiyyətli hüquqi yardımla təmin olunması istiqamətində mühüm irəliləyişlər əldə olunub.

Eyni zamanda iclas Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə iki vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, üç vəkilə irad tutulub, altı vəkilə isə xəbərdarlıq olunub.

About Author