XƏBƏRLENTİ

xeberlenti.com

Lerik RİH-in tenderi ləğv olundu

Lerik Rayon İcra Hakimiyyətinin (RİH) rayonun avtomobil yollarının əsaslı təmiri işlərinin layihələndirilməsi xidmətləri ilə bağlı elan edilən tender ləğv olunub.

“Xeberlenti.com un” xəbərinə görə, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qərar qəbul edib.

Qərarda göstərilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.

Satınalmanın ümumi dəyəri 21 070 AZN olub.

Cabir

About Author