XƏBƏRLENTİ

xeberlenti.com

Sumqayıtda “Erkən nikahın qarşısının alınması” mövzusunda görüş olub

30 aprel 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin regional nümayəndəlikləri üçün tərtib olunmuş 2025-ci il üzrə “Tədbirlər Planı”na əsasən Sumqayıt şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhəri üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyində maarifləndirici görüş keçirilib.

“Xeberlenti.com”xəbər verir ki, “Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində təşkil olunan tədbir “Uşaqlara kitab verək, həyat yükü yox!”, Gələcəyə sağlam addımlarla irəliləyən qızlar” başlıqları altında “Erkən nikahın fəsadları və onların qarşısının alınması yolları” mövzusuna həsr olunub.

Tədbirdə Sumqayıt şəhəri 4 nömrəli ASM-in pediatrı Nərmin Əmirova, 5 nömrəli ASM-in baş həkimi Zeynəb Süleymanova,  Abşeron-Xızı Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Cəmilə İsmayılova, Sumqayıt şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Aynur Eyvazova, Uşaq Səfirlər Məclisinin Sumqayıt şəhəri üzrə nümayəndələri, liseyin psixoloqu və şagirdlər iştirak ediblər.

Görüş zamanı erkən nikah , onun yaranma səbəbləri, yaratdığı fəsadlardan söz açılıb, bu kimi halların qarşısının alınması yolları ətrafında müzakirələr aparılıb.

Sonda Uşaq Səfirlər Məclisinin regional nümayəndələrinin və liseyin şagirdlərinin mövzu ilə bağlı fikirləri dinlənilib, onların sualları cavablandırılıb.

 

About Author