XƏBƏRLENTİ

xeberlenti.com

Xocalıda Növbəti Kütləvi Məzarlıq Aşkarlanıb – Yenə Erməni Vəhşiliyinin İzləri

Xocalı şəhərində daha bir kütləvi məzarlıq aşkarlanıb.

“Xeberlenti.com” xəbər verir ki, hadisə yerinə baxış keçirən nümayəndə heyəti dəhşətli mənzərə ilə üzləşib.

Məzarlıqda aşkarlanan insan qalıqları, Xocalı faciəsi zamanı dinc əhaliyə qarşı törədilən erməni vəhşiliyinin daha bir sübutudur.

Əraziyə baxış zamanı məlum olub ki, məzarlıqda dəfn olunan şəxslərin əksəriyyəti mülki şəxslər olub və onların üzərində zorakılıq izləri müşahidə edilib. Hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırmalara başlayıb.

Qeyd edək ki, bu, Xocalıda tapılan ilk kütləvi məzarlıq deyil. Müxtəlif dövrlərdə şəhər və onun ətrafında aşkarlanan məzarlıqlar Xocalı soyqırımının miqyasını bir daha göz önünə sərir.

Həsən Məmmədov

About Author