XƏBƏRLENTİ

xeberlenti.com

Hacı Ceyhunun oğlunun təntənəli toyu keçirildi – Məşhur ifaçılar bir arada

Tanınmış iş adamı Hacı Ceyhunun oğlu Ərtoğrulun toy mərasimi möhtəşəm şəkildə baş tutub.

Xeberlenti.com” xəbər verir ki, tədbir paytaxtın nüfuzlu məkanlarından biri olan Elite Event’s Hall-da keçirilib.

Təntənəli mərasimə sənət, şou-biznes və ictimaiyyət nümayəndələri qatılıb. Toyun musiqili proqramı isə xüsusilə diqqət çəkib – səhnəyə Azərbaycan estradasının tanınmış simaları çıxıb. Gecədə Manaf Ağayev, Rüfət Axundov, İlqar Muradov, Xumar Qədimova, Nadir Qafarzadə, Namiq Qaraçuxurlu, Mirələm Mirələmov və xalq artisti Nazpəri Dostəliyeva öz ifaları ilə qonaqlara unudulmaz anlar yaşadıblar.

Zövqlə təşkil olunan mərasimdə hər bir detal dəqiqliklə düşünülmüş, musiqi, bəzək və mətbəx seçimi ilə qonaqlara yüksək səviyyəli xidmət təqdim olunub. Hacı Ceyhun çıxışı zamanı toyun ailəsi üçün xüsusi bir əhəmiyyət daşıdığını və bu sevinci dostları ilə bölüşməkdən məmnun olduğunu bildirib.

Gecənin sonunda isə gənc cütlüyə xoşbəxtlik arzulanıb, toy rəqsi ilə tədbir kulminasiya nöqtəsinə çatıb.

https://www.instagram.com/reel/DJHc1mJMs7L/?igsh=OWxtdHo5cGtqN3p0

 

About Author