15 yolda tıxac var

Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.

“Xeberlenti.com”xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

 4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

 7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

10. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

11. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

 12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

 14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 15. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində.

 

About Author