Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında olublar.
“Xeberlenti.com-Economics” xəbər verir ki, hökumət başçıları sənaye parkının ərazisinə baxış keçiriblər, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki. Ağdam Sənaye Parkı Prezidentin 28 may 2021-ci il tarixli Sərəncamı ilə yaradılıb. Parkın prioritet fəaliyyət istiqamətlərinə tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi, ət və süd məhsulları, yem, gübrə istehsalı, o cümlədən xidmət obyektlərinin, soyuducu kameraların yaradılması və s. daxildir.
Parkın sahəsi 190 hektardır, ərazinin 70%-dən çoxu artıq sahibkarların sərəncamına verilib. Yeni yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı qeydiyyatdan keçən sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir.