XƏBƏRLENTİ

xeberlenti.com

“Kremldə Qəzza narahatlığı: Putin və Abbasdan birgə çağırış”

Rusiya Prezidenti Vladimir Putin Fələstin Prezidenti Mahmud Abbasla görüşüb. Görüş zamanı Qəzza zolağındakı humanitar vəziyyətə diqqət çəkən Putin bölgədə “fəlakət”in baş verdiyini və şəraitin getdikcə pisləşdiyini bildirib. Putin , həmçinin bildirib ki, Rusiya Fələstin xalqını dəstəkləməyə davam edəcək və Moskva münaqişəyə son qoymaq üçün atılacaq əlavə addımları nəzərdən keçirməyə hazırdır.

“Xeberlenti.com”“a haber”ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Fələstin dövlət başçısı Mahmud Abbası Kremldə qəbul edib.

Rusiyanın Fələstinlə əlaqələrinə xüsusi önəm verdiyini deyən Putin iki xalq arasında köklü dostluq bağlarının olduğunu bildirib.

Görüş zamanı Qəzza zolağındakı humanitar vəziyyətə diqqət çəkən Putin bölgədə “fəlakət”in baş verdiyini və şəraitin getdikcə pisləşdiyini bildirib.

Fələstin Prezidenti Abbas verilən dəstəyə, xüsusilə humanitar yardıma görə Putinə təşəkkür edib. Rusiyanın müstəqil Fələstin dövlətinin qurulmasına hər zaman dəstək verdiyini bildirən Abbas Qəzzada atəşkəsin yaradılması və humanitar problemlərə həll yollarının tapılmalı olduğunu vurğulayıb.

Kəmalə Vəliyeva

About Author