XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan Ulu Öndərin əziz xatirəsi əbədi yaşayacaq

Neftçala rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyevin dövlət quruculuğu siyasəti” mövzusunda konfrans keçirilib.

Neftçala Rayon İcra Hakimiyyətindən “Xeberlenti.com”-un bölgə müxbirinə verilən məlumata görə, konfransda Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, əziz xatirəsi ehtiramla anılıb. Neftçala Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən guşəyə baxış keçirilib.

Konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib. Çıxışlar zamanı öz xalqına arxalanan, dövlətin ali məqsədlərini qanunun aliliyi ilə təmin etməyi hər şeydən üstün tutan Ümummilli Lider Heydər Əliyevin müxtəlif istiqamətlərdəki yorulmaz fəaliyyətindən bəhs edilib. Həmçinin Ulu Öndərin xilaskarlıq missiyasından, ölkəmizdə dövlətçilik ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında misilsiz xidmətlərindən söz açılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hazırkı dönəmdə də Heydər Əliyev ideyaları ilə inkişafı və daha da güclənməsindən, işğaldan azad edilmiş torpaqlarda geniş quruculuq işlərinin aparılmasından danışılıb. Çıxışlar zamanı, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edilib. Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin parlaq ideyalarının və əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində bundan sonra da yaşayacağı diqqətə çatdırılıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğuna həsr edilən videoçarx nümayiş olunub. Konfransa Şirvan – Salyan Regional Mədəniyyət İdarəsinin hazırladığı musiqili konsert proqramı ilə yekun vurulub.

About Author