XƏBƏRLENTİ

xeberlenti.com

Hakan Fidan: “Ukrayna münaqişəsi tərəfləri yaxın günlərdə görüşə bilər”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna münaqişəsi tərəflərinin mümkün kompromisi müzakirə etmək üçün yaxın günlərdə görüşə biləcəyini deyib.

 

Zengezur.TV” bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

 

Onun sözlərinə görə, hazırda Ukrayna tərəfi danışıqlardan əvvəl hərbi əməliyyatların dayandırılmasında, Rusiya isə atəşkəsdən öncə danışıqların başlanmasında təkid edir.

 

“Hesab edirəm ki, yaxın günlərdə tərəflər kompromis axtarışında bir araya gələcəklər. İndi, bildiyiniz kimi, Ukrayna tərəfi əvvəlcə əməliyyatların dayandırılması, sonra danışıqların aparılması, Rusiya isə əvvəlcə danışıqlar, sonra atəşkəs zərurətini bildirir. Bu, normal prosesdir“, – deyə XİN rəhbəri vurğulayıb.

Nazir əlavə edib ki, Ankara tərəflər arasında danışıqların təşkili və Ukraynada atəşkəsin təmin edilməsinə kömək etmək üçün səylərini davam etdirir.

Kəmalə Vəliyeva

About Author