XƏBƏRLENTİ

xeberlenti.com

Əlverişsiz hava şəraiti bahalaşmaya səbəb olub?

Son günlər ölkəmizdə kənd təsərrüfatı məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Belə ki, ötən illərlə müqayisədə mövsümü meyvə və tərəvəzlərin qiymətdə kəskin bahalaşma müşahidə olunur. Mütəxəssislərin fikrincə, bahalaşmanın əsas səbəbləri kimi qlobal bazarlardakı dəyişikliklər, logistik xərclərinin yüksəlməsini və daxili bazarda təklif-tələb balansındakı pozuntuları göstərirlər. Vətəndaşlar isə bu vəziyyətin onların gündəlik həyatına birbaşa təsir etdiyini bildirirlər.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli Xeberlenti.com-a açıqlamasında bildirib ki, bahalaşmanın müxtəlif səbəbləri olsa da, bu gün başlıca amil əlverişsiz hava şəraitidir:

 

 “Əvvəlki illərdə havaların istiləşməsi ilə əlaqədar fermerlər istixanalarda istilikverməni dayandırır, istixanaları açaraq pomidor və xiyar tağlarını açıq sahələrə keçirirdilər. Bu da məhsulun maya dəyərini aşağı salırdı. Lakin bu il hava şəraiti uyğun deyil, temperatur 25°C-ni keçmir və bitkilərin inkişafı zəifləyib”.

 

O qeyd edib ki, ərik və tutun yetişməsi ləngiyir, alça isə gözlənildiyi kimi bol olmayıb:

 

Havanın temperaturunun aşağı olması ümumilikdə məhsuldarlığa mənfi təsir göstərir. Ötən il olduğu kimi, bu il də kənd təsərrüfatının bütün sahələrində məhsuldarlığın aşağı olacağı gözlənilir.

Qeyd edim ki, hazırkı şəraitdə bazarda qiymətlərin artması və məhsul bolluğunun təmin olunmaması mövsümi deyil, hava ilə bağlı sistemli bir problemdir”.

 

Rəşanə Quliyeva

About Author