“Rusiya Prezidenti Vladimir Putin mənimlə birbaşa danışıqlar aparmaqdan qorxur”.
“Xeberlenti.Com” UNIAN agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı deyib.
Ukrayna lideri xatırladıb ki, martın 11-də rəsmi Kiyev ABŞ-nin Səudiyyə Ərəbistanında keçirilmiş görüşdə qeyd-şərtsiz atəşkəslə bağlı təklifini tam dəstəkləyib:
“Bu təklif artıq 63 gündür ki, danışıqlar platformasında qüvvədə qalır. Mən bunu Prezident Trampa dəfələrlə demişəm. Hesab edirəm ki, Putin müharibənin başa çatmasını, atəşkəsi, hər hansı bir danışıqları istəmir”.
Kəmalə Vəliyeva