Son zamanlar paytaxtımız bir çox restoranlarında telefon şarj etmək üçün ödəniş tələb olunur. Ödəniş 3-4 bəzi yerlərdə isə 5 manat civarındadır.
Mövzu ilə bağlı Azad İstehsalatçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Xeberlenti.com-a açıqlamasında bildirib ki, bu halların kökünü qanunlarda axtarmaq lazımdır :
“İstehlakçılar hüquqların müdafiəsi haqqında qanun hələ 1995-ci ildə qəbul olunub. Bundan sonra qanunda olunan dəyişikliklər yalnız istehlakçıların ziyanına olub. Azad İstehlakçılar ictimai Birliyi dəfələrlə Milli Məclisdə radikal çıxışlarla məsələ qaldırıb ki, qanun dəyişilsin. Bildirim ki, bu ilin yanvar ayında İqtisadiyyat nazirinin tərkibində olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti agentliyinə çevrildi. Nazirlər Kabinetinin 2014-cü il 3 aprel 94 saylı qərarı ilə Azərbaycan Respublikasına ticarət , ictimai , iaşə , məişət və digər növ xidmət qaydaları adlanır. Qərarın 23-cü bəndində birmənalı olaraq , qeyd olunur ki, icracı istehlakçılar üçün qanunvericiliyə zidd olmayan qanunlar davranış qaydalarını müəyyən etmək hüququna malikdir.
Məsələn telefonu şarj etmək , “qadınla gəlmisən üzü dənizə tərəf oturmusan 20 manat artıq pul alacam restoranda otura bilməzsən” və digər belə halları müəyyən etmək üçün hüququ verilib. Əlbəttə ki, bu durum normal hal deyil. Belə hallar marketlərdə də var. Bunların qarşısını almaq üçün qanunlarda dəyişiklik olmalıdır”.
Hotellər və Restoranlar Assosiasiyasının sədri , Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi isə deyir ki, bu , son illərdə dünyada və ölkəmizdə yayılan tendensiyadır:
“Birincisi – elektrik enerjisinin qiymətinin artması ; ikincisi – qonaqların uzun müddət oturması və yeni müştərilər üçün yerin boşalmaması ; üçüncüsü isə – elektrik infrastrukturunun tez sıradan çıxması riskidir.
Qanunvericilik baxımından restoranın bu xidməti ödənişli təqdim etməsi mümkündür , amma bu barədə əvvəlcədən xəbərdarlıq olmalıdır. Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, bu cür əlavə ödənişli xidmətlər barədə məlumat açıq və şəffaf təqdim olunmalıdır. Əgər bu qeyd olunmayıbsa, müştəri ödəniş etməmək hüququna malikdir.
Məsələn , Yaponiyada , Cənubi Koreyada bu xidmət pulsuz təklif olunur , amma yalnız müəyyən zonalarda. ABŞ və Avropada isə cihazların enerji yığılması bəzi hallarda ödənişlidir – adətən 1-2 dollar və ya minimum sifariş qarşılığında.
Ən doğru yol – şəffaflıqdır. Qiymət cədvəlində və ya masaların üzərində “Enerji yığılması xidməti ödənişlidir” kimi qeyd olunsa , heç bir problem yaranmaz. Müştəri də əvvəlcədən qərar verə bilər”.
Kəmalə Vəliyeva
