Ətin qiyməti o halda ucuzlaşarki… – ekspert AÇIQLADI

Son vaxtlar mal-qara üçün əsas yem mənbəyi sayılan quru otun qiymətində ciddi bahalaşma müşahidə olunur. Bu da vətandaşların narahatlığına səbəb olur ki , ət bahalaşacaq.

Son statistik göstəricilərə görə , 2024-cü ildə ətin qiyməti 14,5 olub. 2025-ci ildə isə 15 manat və 15,5 civarındadır.

Maraqlıdır, ətin qiyməti yenidən bahalaşa bilər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “Xeberlenti.com”a açıqlamasında bildirib ki , ətin qiymətinin bahalaşmasının bir neçə səbəbi var :

“Birinci səbəb heyvanların bəslənməsində istifadə olunan yem məhsullarıdır. İkinci səbəb loqistik daşıma xərcləridir. Əsasəndə ötən il benzin və dizelin qiyməti artması ətin bahalaşmasına gətirib çıxarır. Həmçinin hər il otlaq sahələrinin sayı azalır. Baytarlıq xərcləri artır və s. Bunların hər biri ətin bahalaşmasına gətirib çıxarır. Bu səbəblərə görə, ətin qiyməti ildən ilə artır. Və istehlakçılarda ət almaqda çətinlik çəkəcəklər. Bu səbəblərdən dolayı bazarda ciddi alıcı qıtlığı yaranacaq. Alıcı qıtlığı olduqda isə ətin qitməti məcburən aşağı düşəcək və ətin qiyməti stabilləşəcək”.

Kəmalə Vəliyeva

About Author