Tanınmış təhsil eksperti Nadir İsrafilov vəfat edib.
Xeberlenti.com xəbər verir ki, o bu gün günorta saatlarında müalicə aldığı Avropa Beynəlxalq hospitalında vəfat edib.
Qeyd edək ki, o uzun illər ərzində ölkəmizdə təhsil sahəsində səmərəli fəaliyyət göstərən, mütəxəssis kimi saysız-hesabsız çıxışları, məqalələri və tövsiyələri ilə tanınan Nadir müəllim həm peşəkar mövqeyi, həm də insanlığı ilə hər zaman hörmət qazanmışdı.
Nadir İsrafilov təhsilin inkişafı, gənc nəslin maarifləndirilməsi və müəllim nüfuzunun artırılması istiqamətində yorulmadan çalışan, daim ictimaiyyəti maarifləndirən şəxsiyyət idi. Onun təhsil sahəsində qaldırdığı məsələlər, verdiyi dəyərli təkliflər hər zaman aktual olub və gələcək nəsillər üçün də yol göstərici olaraq qalacaq.
O, yalnız peşəkar təhsil eksperti deyil, eyni zamanda səmimi, prinsipial və ədalətli mövqeyi ilə seçilən bir ziyalı idi. Nadir İsrafilovun itkisi təkcə ailəsi və yaxınları üçün deyil, bütövlükdə Azərbaycan cəmiyyəti üçün böyük bir itki hesab olunur.
Allah rəhmət eləsin
