“Qarabağ” – “Zirə” qarşılaşması nəticə üçün deyil, yoxlama üçündür

30 iyun tarixində “Azersun Arena”da “Qarabağ”“Zirə” komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Maraqlıdır, bu oyunda hansı komanda qalib gələcək?

Mövzu ilə bağlı idman jurnalisti Ağa Dadaşzadə “Xeberlenti.com”a açıqlamasında bildirib ki, qarşılaşma yoxlama xarakteri daşıyır və nəticə önəm daşımır:

“Bu görüş heç bir rəsmi əhəmiyyət kəsb etmir. İstirahətdən qayıdan oyunçuların fiziki durumu, həmçinin komandaya yeni qoşulan futbolçuların hazırlıq səviyyəsi və uyğunlaşması bu oyunda əsas diqqət mərkəzində olacaq. Baş məşqçilər üçün bu qarşılaşma, yeni oyunçularla bağlı suallara cavab tapmaq baxımından vacibdir. Ona görə də nəticə bu dəfə ikinci plandadır”. 

O, eyni zamanda “Qarabağ”ın yeni transferi Pedro barədə də fikirlərini bölüşüb:

“Pedronun “Qarabağ” üçün uğurlu və ya uğursuz transfer olduğunu indidən demək çətindir. Məsələn, Redon Cica potensiallı futbolçu idi, amma “Qarabağ”da ona şans verilmədi. Bu qərar obyektiv idi. Ola bilər ki, Pedro da Cica və ya Kadi kimi oxşar taleyi yaşasın. Onun səviyyəsi və komandaya nə qədər uyğunlaşacağı ən azı iki ay ərzində bəlli olacaq”.

Kəmalə Vəliyeva

About Author