ABŞ Prezidenti Donald Tramp Qəzzada münaqişənin nizamlanmasına və girovların qaytarılmasına çağırıb.
“Xeberlenti.com” xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə “Truth Social” paltformasında paylaşım edib.
“Qəzza ilə bağlı razılaşma lazımdır, girovları qaytarmaq lazımdır!!!” – deyə o yazıb.
Bundan əvvəl Tramp Qəzza zolağında münaqişənin nizamlanması məsələsində əhəmiyyətli irəliləyişin əldə olunduğunu bildirib.
Kəmalə Vəliyeva
