Beyləqanda ağır qəzada sürücü ölüb

Beyləqanda yük və minik avtomobilləri toqquşub.

“Xeberlenti.com” “Qafqazinfo”ya istinadən xəbər verir ki, yol qəzası rayonun Eyvazalılar kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KamAZ” markalı yük maşını qarşıdan gələn “VAZ 2107” ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Qəzada vəfat edən sürücünün 1968-ci il təvəllüdlü Arif Bünyatov olması müəyyən edilib.

 

Kəmalə Vəliyeva

About Author