Peskov: “Lazım olarsa, ən qısa müddətdə prezidentlər arasında danışıq baş tutacaq”

“Hazırda gündəlikdə Vladimir Putin ilə İlham Əliyev arasında danışıqlar yoxdur, lakin lazım olarsa, bu ən qısa müddətdə baş tutacaq”.

“Xeberlenti.com” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu açıqlamanı Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyata münasibət bildirən Kremlin sözcüsü Dmitri Peskov deyib.

D.Peskov, həmçinin Yekaterinburqdakı hadisələri şərh edərkən Moskvanın Bakı ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

O vurğulayıb ki, Kremldə Azərbaycan hökumətinin Rusiya ilə münasibətlərə dair qəbul etdiyi qərarlardan təəssüflənirlər.

 

Kəmalə Vəliyeva

About Author