Kamran Həsənli: “Rusiya ilə Azərbaycan arasındakı bu gərginlik üzbəüz savaşa çata bilər”

Son günlərdə Rusiyada soydaşlarımıza qarşı törədilən cinayətlər hamımızı sarsıdıb. Rusiyanın Yeketrinburqda şəhərində qətlə yetirilən Səfərov qardaşlarının cənazəsi ölkəmizə gətirildi. Bu, Rusiyanın Azərbaycana qarşı törətdiy ilk təxribatı deyil. Anoloji hallar ölkəmizə qarşı dəfələrlə təkrarlanıb.

Maraqlıdır, Rusiya-Azərbaycan arasındakı bu gərginliyin sonu ?

Mövzu ilə bağlı siyasi şərhçi Kamran Həsənli “Xeberlenti.com” a açıqlamasında bildirib ki , Rusiya və Azərbaycan arasındakı bu gərginlik tarixidir:

“Hazırda bu gərginlik pik həddə çatıb. Rusiyada baş verənlər təəccüblü deyil, çünki bu labüddür: ruslar evlərimizə girəcək, övladlarımızı təhqir edib, döyüb-öldürəcəklər. Sonra isə onları Ukrayna cəbhəsinə göndərəcəklər. Bu, rusların xislətidir. Gəncəni, İrəvanı, Bakını işğal edəndə də eyni şeyi etdilər. Onlar tarix boyu bu siyasəti yürüdüblər”.

Kamran Həsənli Rusiya ilə Azərbaycan arasında açıq hərbi qarşıdurma ehtimalına da toxundu:

“Əslində Azərbaycan Rusiya ilə uzun müddətdir ki, dolayısı ilə savaş içindədir. Birinci Qarabağ müharibəsində də, 44 günlük Vətən müharibəsində də biz təkcə Ermənistana qarşı yox, həm də onun arxasında dayanan Rusiyaya qarşı mübarizə aparmışıq. Hətta bir günlük lokal əməliyyatda belə, Azərbaycan Rusiya qarşısında üstünlük nümayiş etdirdi. Xankəndi ermənilərin deyil, rusların nəzarətindən alındı. Xocalıda Rusiya bayraqları dalğalanırdı, rus tankları mövcud idi. Həmin əməliyyatda 5-6 yüksək rütbəli rus zabiti məhv edildi”.

Onun fikrincə, Rusiya ilə gərginlik təkcə regionda deyil, Suriyada da özünü göstərir:

“Biz Suriyada da onlarla qarşı-qarşıyayıq. Türkiyə ilə birgə orada da uğurlarımız var. Bəşər Əsədin Rusiyanın orbitindən çıxarılması, Qafqazın Azərbaycan tərəfinə meyillənməsi Moskvanı narahat edir”.

Siyasi şərhçi bu gərginliyin açıq savaşa çevrilə biləcəyini istisna etmir:

“Lakin bu savaş birbaşa qarşıdurma olmamalıdır. Çünki Rusiya artıq bu cür savaşa hazır deyil. Bizim əsas mübarizəmiz ideoloji və mənəvi sahədə aparılmalıdır. Rus məktəbləri Azərbaycan dövlət büdcəsi hesabına maliyyələşdirilməməlidir. Həmin məktəblər bağlanmalı, rus təsiri ilə ideoloji asılılıqdan çıxmalıyıq”.

Kəmalə Vəliyeva

About Author