2024-cü ilin sentyabrında fəaliyyətə başlayan Dərya Group, qısa zamanda öyrənmək, paylaşmaq və ilham almaq üçün dəyərli bir platformaya çevrilib.
Bu qurumu yaratmaqda məqsədim yalnız tədbirlər və vebinarlar təşkil etmək olmayıb. Mənim üçün təhsil təkcə bilik vermək, peşə sahəsi deyil – o, həm də dünyagörüş, inam və sevgi formalaşdırmaqdır.
Hər layihə və vebinarda iştirakçılara həm bilik, həm də ilham verməyə çalışıram. Çünki, inanıram: doğru yanaşma ilə hər bir insanın həyatına müsbət təsir göstərmək mümkündür.
Dərya Group-un uğuru – böyüyən auditoriyası və müsbət rəyləri – işimə olan sevgimin göstəricisidir. Bu yolda qazandığım təcrübə mənə öyrədib ki, səmimiyyət , inam , şəffaflıq və dəyərvermə uğurun təməlidir. Müəllimlik və rəhbərlik mənim üçün eyni məqsədə xidmət edir – insan yetişdirmək. Bu missiyanı isə ürəkdən sevirəm.
Uşaqlara qarşı həssaslıq isə fəaliyyətimin mərkəzindədir. Onların sağlam prinsiplərlə böyüməsi, gələcəyə inamla addımlamaları üçün maarifləndirici layihələrə və valideyn-müəllim dəstəyinə xüsusi önəm verirəm. Çünki , hər bir uşaq cəmiyyətin gələcəyidir. Hər layihəyə başlayarkən özümə bir sual verirəm:
“Bu dəfə neçə uşağın həyatına bir damla işıq sala biləcəyəm ?”
Məhz bu sual mənim yolumu işıqlandırır və gələcəyə doğru addımlamağım üçün mənə güc verir.
Aytac Məhərrəmova – Dərya Group təsisçi və rəhbəri, ibtidai sinif müəllimi
