İran və ABŞ gələn həftə Norveçin paytaxtı Osloda nüvə müzakirələrini yenidən başlatmaq üçün görüşməyi planlaşdırır.
“Xeberlenti.com” “Axios” nəşrinə istinadən xəbər verir ki, görüş hələ rəsmi şəkildə təsdiqlənməyib və dəqiq tarix müəyyən olunmayıb.
Müzakirələrin əvvəlki dövrlərdə olduğu kimi İranın xarici işlər naziri Abbas Ərakçi ilə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında keçirilməsi gözlənilir.
İranın xarici işlər naziri Abbas Ərakçi mövzu ilə bağlı açıqlamasında bildirib:
“İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) və Qorunma Müqaviləsinə əməl etməyə davam edir. MAQATE ilə əməkdaşlığımız təhlükəsizlik baxımından İranın Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə həyata keçiriləcək”.
Kəmalə Vəliyeva
