Alfa qadınların ailə münasibətlərində hansı çətinliklər olur? – PSİXOLOQ AÇIQLADI

“Alfa qadınlar özünə güvənən, sərbəst qərar verə bilən, azad düşüncəli və təşəbbüskar qadınlardır. Lakin bu cür qadınlar münasibətlərdə müəyyən çətinliklərlə üzləşə bilirlər. Çünki bəzi hallarda əks cins onların sərbəstliyini və güclü xarakterini qəbul etməkdə çətinlik çəkir”.

Bu fikirləri “Xeberlenti.com”a psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, alfa qadınlar ailə münasibətlərində də cütlük problemləri yaşayırlar:

“Kənardan baxıldıqda elə görünür ki, hər şeyi bu qadınlar edir. Amma əslində onlar sadəcə daha təşəbbüskar, məsuliyyətli və konstruktiv yanaşmaya sahibdirlər. Əks cinsin nümayəndələri isə bəzən bu gücü dominantlıq kimi qəbul edir və nəticədə münasibətlərdə gərginlik yaranır”.

Psixoloq əlavə edib ki, alfa qadınların fərqli güc və dəyərə sahib olduqlarını anlayan kişi modeli çox az rast gəlinir:

“Əgər alfa qadın uyğun insanla qarşılaşırsa, münasibət çox sağlam və uğurlu olur. Lakin bu qadınlar çox vaxt anlaşılan münasibət tapmadıqları üçün təklik həyatını seçirlər”.

Kəmalə Vəliyeva

About Author