İsrail ordusu son 48 saat ərzində Qəzzada 26 qanlı qırğın törədib, nəticədə 300-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.
“Xeberlenti.com” yerli Fələstin KİV-nə istinadən xəbər verir ki, bu hücumlar İsrail ordusunun soyqırım siyasətinin davam etdirdiyini açıq şəkildə göstərir.
Bildirilir ki, hücumlar əsasən məcburi köçkün fələstinlilərin sığındığı çadır düşərgələri, evlər, parklar, bazarlar və humanitar yardım məntəqələrinə yönəlib. Həlak olanların çoxunun qadın və uşaqlar olduğu vurğulanıb.
Açıqlamada həmçinin İsrailin bu hücumlarla “cəmiyyətin ən həssas təbəqələrini qəsdən hədəfə aldığı” bildirilib.
Kəmalə Vəliyeva
