İran İsrailin hücumu zamanı partladılan avtomobillərin FOTO görüntülərini paylaşıb.
“Xeberlenti.com” xəbər verir ki, Yarı rəsmi Fars Xəbər Agentliyi İsrailin Tehranın Qüds meydanına raket hücumu ilə bağlı görüntüləri paylaşıb.
Təhlükəsizlik kamerası görüntülərində işıqforda gözləyən avtomobillər görünərkən bir binanın orta mərtəbələrində qəfil partlayış baş verdiyi, bir neçə saniyə sonra işıqforda gözləyən vasitələrin arasına raketin düşdüyü görünür.
Tehranın Tecriş rayonundakı Qüds meydanında raketin partlamasından sonra maşınlar havaya uçub, asfalt təbəqələri, ağaclar və işıqlandırma dirəkləri ətrafdakı avtomobillərin və oradan keçən mülki şəxslərin üzərinə düşüb.
Kəmalə Vəliyeva
