Qəzza zolağında saxlanılan israilli məhbusların qohumları İsrailin baş naziri Benyamin Netanyahuya məktub ünvanlayaraq, hərtərəfli məhbus mübadiləsi razılaşmasının həyata keçirilməsini tələb ediblər.
“Xeberlenti.com” trthaber.com-a istinadən xəbər verir ki, İsrailli məhbus ailələrinin platforması tərəfindən yayılan məktub Netanyahu oktyabrın 7-dən bəri ilk dəfə Qəzza zolağı sərhədində yerləşən Nir Oz qəsəbəsinə səfər etdikdən sonra ictimaiyyətə açıqlanıb. Məktubu 35 məhbus qohumu imzalayıb.
Bildirilib ki, baş nazirin Vaşinqtona səfəri öncəsi qohumlar tərəfindən “təcili müraciət” kimi təqdim olunan məktub İsrailin danışıqlar qrupunun rəhbəri, strateji işlər naziri Ron Dermerə də göndərilib.
Məktubda qeyd olunub:
“Biz yalnız hərtərəfli və tam bir razılaşma tələb edirik. Bundan az olan hər bir addım böyük uğursuzluq və nəsillər boyu davam edəcək bir ağrı olacaq. Qismən razılaşmalar və qəddar seçimlər dövrü artıq başa çatmalıdır” .
Kəmalə Vəliyeva
