İsti havalarda sərinləyərkən diqqətli olun !

Yay aylarında temperaturun yüksəlməsi ilə hovuz və digər su mənbələrindən istifadə artır. Sərinləmək istəyənlər üçün bu cür məkanlar cazibədar olsa da, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cəhdlər bəzi hallarda sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

“Xeberlenti.com” xəbər verir ki, infeksion xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Alper Şener isti havalarda hovuz və çay kimi su mənbələrində sərinləyərkən diqqətli olmağı tövsiyə edib.

Prof. Dr. Şener xüsusilə uşaq hovuzlarında ortaya çıxa biləcək sağlamlıq risklərinə diqqət çəkib. Onun sözlərinə görə, uşaq hovuzlarında təmizlik səviyyəsi və su dövriyyəsi böyüklər hovuzları ilə müqayisədə daha zəif olduğundan risklər artır.

“Virus infeksiyalarına daha tez-tez rast gəlinir, bakterial infeksiyalar isə nisbətən nadirdir. Ancaq yaxşı təmizlənməyən suda adenovirus və enterovirus kimi viruslar sürətlə yayıla bilər. Bu infeksiyalar göz qızarması, burun tutulması kimi əlamətlərlə özünü göstərə bilər”, – deyə mütəxəssis bildirib.

Kəmalə Vəliyeva
Xeberlenti.com

About Author