Dənizdə batmamaq üçün nələrə diqqət etməliyik? – FHN-dən AÇIQLAMA

Artıq yay aylarındayıq. Bəzi insanlar dincəlmək, sərinlənmək üçün çimərliklərə üz tuturlar. Dalğaların səsi, günəşli səma, əyləncə və.s insanların ruhun sakitləşdirir.

Bəs dənizdə batmamaq üçün insanlar nə etməlidir?

Məsələ ilə bağlı “Xeberlenti.com”un sorğusuna Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq zəruri təhlükəsizlik tədbirləri görülür:

“Cari ilin aprel ayından etibarən nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidməti 20 icra nümayəndələrinin iştirakı ilə birlikdə sahil boyu ərazilərdə monitorinqlər keçiriblər. Monitorinqlərin keçirilməsində əsas məqsəd-istifadəyə yararsız çimərliklərin , o cümlədən təhlükəli çimərlik ərazilərinin müəyyən edilməsi , həmçinin çimərlik operatorlarının təhlükəsizlik qaydaları barədə bildirilişlərin təqdim edilməsi olub. Bundan əlavə xidmətin nəzarət etdikləri çimərliklərdə , habelə ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müainələr aparılıb və sualtı təmizləmə işləri görülüb. Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar , habelə çimərliklərdə istirahət edən vətandaşların təhlükəsizlik qaydaları barədə məlumatlandırılması üçün məlumatverici lövhələr yerləşdirilib. Xidmətin balansında olan xilasetmə texnika və vasitələr , dalğıc axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulan avadanlıqlar işlək vəziyyətə gətirilib. Xidmət iyun ayının 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Vətandaşlar çimərlik seçimində diqqətli olsunlar. FHN tərəfindən aparılan kütləvu maarifləndirmə işlərinə baxmayaraq , hələ də bəzi vətandaşlar , xüsusən də uşaq və yeniyetmələrin nəzarətsiz qeyri-çimərlik ərazilərindən , həmçinin bölgələrdə suvarma kanallarından , süni göllərdən, su arxlarından və digər su tutarlarından çimərlik kimi istifadə halların rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur. Bu su hövzələri mürəkkəb relyefə , sürətli axına , qeyri-məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olması bu hövzələrdən istifadə edənlərin həyat və sağlamlığına ciddi təhlükədir.

Əhaliyə , xüsusən valideynlərə müraciət edirik ki, diqqətli olsunlar. Nəzarətsiz qeyri-çimərliklərdən istifadə etməsinlər. Uşaq və yeniyetmələri nəzarətsiz qoymasınlar. Nəzarət olunan çimərliklərdə isə xoş zaman keçirmək üçün ərazidə olan xilasedicilərin tələblərinə və çimərlik ərazilərində quraşdırılan maarifləndirici lövhələrin göstərişinə əməl etsinlər. Küləkli havada , dalğalı dənizdə suya girmək , üzmə səthədlərini müəyyən edən nişanlarını ötüb keçmək, çimərlikdə kobud hərəkətlər etmək, spirtli içki qəbul edərək sərxoş halda suya girmək , digər su nəqiliyyatı vasitələri ilə çimərliyə daxil olmaq qadağandır. Uşaqlar böyüklərin müşaiyəti ilə çimərlikdən istifadə etməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Təhlükə zamanı “112” qaynar xəttinə zəng etmək xahiş olunur”.

Kəmalə Vəliyeva
Xeberlenti.com

About Author