Moskva Ermənistana çağırış etdi: Konstruktiv informasiya fonu saxlanmalıdır

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyanla görüşündə Rusiya ətrafında konstruktiv informasiya fonunun saxlanmasının vacibliyini vurğulayıb.

“Xeberlenti.com” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb.

Bildirilib ki, görüş zamanı ikitərəfli və regional gündəliyin bir sıra məsələləri müzakirə olunub, Rusiya-Ermənistan təmaslarının qarşıdakı qrafiki razılaşdırılıb.

“Diplomatik missiyanın rəhbərinə Ermənistanda Rusiya və ikitərəfli münasibətlər ətrafında konstruktiv informasiya fonunun saxlanmasının zəruriliyi diqqətə çatdırılıb”, – deyə bəyanatda qeyd olunub.

Nazirlik, həmçinin Rusiya və Ermənistanın aidiyyəti qurumları arasında məsləhətləşmələrin növbəti raundunun keçirilməsi təklifini bir daha təsdiqləyib.

Kəmalə Vəliyeva
“Xeberlenti.com”

About Author