Azərbaycanda çimərlik futbolu üzrə Superliqa turniri keçiriləcək

Azərbaycanda çimərlik futbolu üzrə Superliqa təşkil olunacaq.

“Xeberlenti.com” xəbər verir ki, bu barədə Çimərlik Futbolu Federasiyası məlumat yayıb.

Belə ki, yarışda altı kollektiv mübarizə aparacaq.

Bunlar “Dirçəliş”, “Yasamal-Baku Football Academy”, “Çinar Zəngilan”, “Rekord Klub 2019”, “Marafon İdman Klubu 2015”“VTB” komandalarıdır.

Qeyd edək ki, Superliqa iyulun 11-15-də baş tutacaq.

 

Kəmalə Vəliyeva

About Author