Azərbaycanda çimərlik futbolu üzrə Superliqa təşkil olunacaq.
“Xeberlenti.com” xəbər verir ki, bu barədə Çimərlik Futbolu Federasiyası məlumat yayıb.
Belə ki, yarışda altı kollektiv mübarizə aparacaq.
Bunlar “Dirçəliş”, “Yasamal-Baku Football Academy”, “Çinar Zəngilan”, “Rekord Klub 2019”, “Marafon İdman Klubu 2015” və “VTB” komandalarıdır.
Qeyd edək ki, Superliqa iyulun 11-15-də baş tutacaq.
Kəmalə Vəliyeva
