Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tələbələrin peşə və bacarıqlarını inkişaf etdirməsi üçün geniş imkanlar yaradır.
Maraqlıdır, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi hazırda hansı sahələr üzrə peşə təhsili təqdim edir?
Mövzu ilə bağlı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin drektor müavini , əvəzedici drektor Hacıyeva Səbinə “Xeberlenti.com”a açıqlamasında bildirib ki, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi hazırda ölkəmizin aparıcı peşə təhsili müəssisələrindən biri olmaqla, texniki və texneloji sahələr üzrə ixtisaslaşmış kadrların hazırlanmasını həyata keçirir:

“Mərkəzdə kompüter şəbəkələri və şəbəkə inzibatçılığı , qrafik dizayner, əməliyyatçı mühasib, quru inşaat işləri üzrə usta, elektrik qaz qaynaqçısı, dərzi, bərbər , vizajist, manikürçü, alternativ enerji qurğu və avadanlıqlarının istismarı, kibertəhlükəsizlik, kompüterlerin təmiri və xidməti üzrə texnik, moda dizaynı, aşpazlıq, qaynaqçılıq və digər mühüm texniki sahələr üzrə kadırlar hazırlanır”.
Səbinə Hacıyeva Mərkəzin əsas missiyasından da danışıb:
“Mərkəzin əsas missiyası müasir tələblərə uyğun, beynəlxalq standartlara cavab verən , ixtisaslı və rəqabətə davamlı kadrların hazırlanmasıdır. Gənclərə praktik bilik və bacarıqlar qazandırmaqla onların əmək bazarına sürətli inteqrasiyasını təmin etmək əsas məqsədlərdəndir.
Mərkəzin vizyonu Azərbaycanda qabaqcıl və nümunəvi peşə təhsil müəssisəsinə çevirmək, müasir texneloji avadanlıq və təcrübəli tədris heyəti ilə sənaye ilə sıx əlaqəli olan bir tədris modelini yaratmaq və tələbələrin innovativ düşüncə tərzini, texniki yaradıcılığını inkişaf etdirməkdir.
Son illər Azərbaycanda peşə təhsilinə maraq artıb. Gənclər daha praktiki və qısa müddətdə peşə öyrənməyi nəticədə əmək bazarına daha tez daxil olmağı üstün tuturlar. Bu cəlbediciliyi artıran bir sıra səbəblər var: Təhsil müddətinin qısa olmasıdır. Müasir texneloji baza və praktik yönümlü dərslərin olması , təhsil zamanı və sonradan təcrübə imkanların olması, bəzi ixtisaslar üzrə dövlət dəstəyinin və işə düzəlmə imkanlarının olması və.s.
Bu gün cəmiyyətin peşə təhsilinə yanaşması da dəyişməkdədir. Əvvəllər ali təhsil əsas uğur göstəricisi hesab olunurdusa , bu gün artıq cəmiyyət peşə sahiblərinə maraqla yanaşmağa başlayıb. Dövlətin bu sahəyə ayırdığı diqqət və investisyalar da ictimai rəyin formalaşmasında müsbət təsir edib”.
O həmçinin əmək bazarında hansı ixtisaslara daha çox tələb var onu da açıqlayıb:
“Əmək bazarında bir çox texniki və texneloji ixtisaslara yüksək tələblər var. Avtomobil dioqnistikası və təmirini , elektrik və qaynaq sahələrini, İT və kibertəhlükəsizliyi , qrafik dizayn , veb dizayn sahələrini misal göstərmək olar.
Texnika və texnelogiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin emalatxanaları müasir standartlara cavab verir. Mərkəz müasir avadanlıqlarla təchiz olunmuş laborotoriya və emalatxanaları sentyabr ayından tələbələrin istifadəsinə veriləcək.
Mərkəzdə tələbələrin praktik bacarıqlarının inkişafı üçün bir sıra effektiv tədris metodlarından istifadə olunur. Bunlardan modul əsaslı tədris sistemi hər modulu bitirdikdən sonra tələbə müəyyən praktik biliklərə yiyələnir. Sonra iş yerində təcrübə , bəzi sahələr üzrə tələbələr təhsil aldıqları müddətdə əməkdaşlıq olan müəssisələrdə təcrübə keçirlər. Simulyasiya və praktik məşğələlər real iş şəraitində olur. Mentorluq və layihə əsaslı öyrənmə təcrübəli mütəxəssislər tərəfindən təlimlər tətbiq edilir”.
Kəmalə Vəliyeva
