Səhər saatlarında Günəşdə güclü partlayış qeydə alınıb. Bu, iyul ayı üçün indiyədək ən güclü partlayış olub.
“Xeberlenti.com” xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“İyulun 8-də Moskva vaxtı ilə saat 07:17-də rentgen diapazonunda 52 dəqiqə davam edən M2.5 (N19E88) partlayış qeydə alınıb”, – deyə institutdan bildirilib.
Sonuncu dəfə güclü partlayışlar iyunun 20-də qeydə alınıb.
Kəmalə Vəliyeva
