Yay aylarında sərinləmək üçün istifadə edilən kondisionerlərin düzgün istifadə edilmədikdə sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirən Fizika Müalicə və Reabilitasiya mütəxəssisi Prof.Dr.Şafak Sahir Karamehmetoğlu yay aylarında tez-tez rast gəlinən kondisioner şoku probleminə toxunub, qorunma üsulları haqqında məlumat verib.
“Xeberlenti.com” xairici KİV-ə istinadən xəbər verir ki, ideal mühit temperaturu 22 dərəcədir.
Kondisioner şokunun , xüsusilə yay aylarında görülən və kondisionerdən istifadə edərkən müəyyən məqamlar nəzərə alınmadıqda özünü göstərən sağlamlıq problemi olduğunu bildirən Fizika Müalicə və Reabilitasiya mütəxəssisi Prof.Dr.Şafak Sahir Karamehmetoğlu: “İsti havalarda sərinləmək üçün istifadə edilən kondisionerlər bəzən bədən hərarətini sabit tutma mexanizmində problemlər yarada bilirlər. nəticədə bəzi əlamətlər və simptomlar görünə bilər. Bir çox xəstəliklərdə olduğu kimi kondisioner şokunda da qoruyucu tədbirlərin tətbiqinin daha asan və təsirli olduğunu vurğulayan Karamehmetoğlu kondisioner şokunun ən əhəmiyyətli səbəblərindən biri kondisionerin düzgün istifadə edilməməsidir. İdeal mühit istiliyi 22 dərəcədir. Kondisioner şoku 20 dərəcədən aşağı və daha yüksək dərəcələrdə olması məqsədə uyğundur” ,- deyə o deyib.
Kəmalə Vəliyeva
