ABŞ Prezidenti Donald Trampın Administrasiyası Avropa İttifaqı (Aİ) ölkələrində “rejimlərin dəyişdirilməsi” üzərində praktiki işə artıq başlayıb.
“Xeberlenti.com” xəbər verir ki, bu barədə “EUObserver” portalında dərc edilmiş məqalədə deyilir.
Bildirilir ki, ABŞ administrasiyası bu məqsədlə ifrat sağçı pariyalardan istifadə edir.
“Sözügedən partiyaların “Avropanı ABŞ-nin vassalına çevirəcəkləri” qeyd olunur. Məqalədə vurğulanır ki, ABŞ administrasiyası Avropanı tərəfdaş kimi nəzərdən keçirmir. Vaşinqton Avropaya “siyasi döyüş meydanı” kimi baxır və hesab edir ki, Trampa loyal qüvvələr qitədə hakimiyyətə gətirilməlidir”, – məqalədə qeyd olunur.
Kəmalə Vəliyeva
