Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?

Ağ Evin rəhbəri Donald Tramp 2024-cü ildə keçirilən tədbirlərin birində Rusiya Prezidenti Vladimir Putini Ukraynaya qarşı hərbi əməliyyat başlayarsa, Moskvanı bombalayacağı ilə hədələyib.

“Xeberlenti.com” xəbər verir ki, bu barədə CNN onda olan audioyazıya istinadən məlumat yayıb.

“Mən Putinə dedim: “Ukraynaya hücum etsəniz, Moskvanı bombalayacağam. Sizə deyirəm, başqa seçimim yoxdur”, – deyə CNN Trampın sözlərindən sitat gətirib.

ABŞ prezidentinin sözlərinə görə, Putin ona inanmadığını bildirib, lakin Ağ Ev rəhbəri əmindir ki, Putin ona 10% inanıb.

Telekanal iddia edir ki, Tramp Tayvanla bağlı Çinin Sədri Si Cinpinə də hücumla hədələyərək oxşar xəbərdarlıq edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, Çin sədri onun ağlını itirdiyini düşünüb.

“Mən cavab verdim: “Başqa seçimim yoxdur, sizi bombalamalı olacağam. Biz Pekini bombalayacağıq”, – deyə ABŞ lideri bildirib.

Tramp iddia edir ki, Si Cinpin də 10% ona inanıb.

Qeyd olunub ki, Trampın qərargahı səs yazılarının məzmununa şərh verməkdən imtina edib.

Kəmalə Vəliyeva

About Author