Pirallahıda keçirilən əməliyyatda 42 kq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Pirallahı rayonunda keçirilən növbəti əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini, 50 yaşlı Maqsud Cəfərov saxlanılıb. Ondan 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

 

About Author