İranda məhkəmə binasına silahlı hücum – Ölənlər var – Yenilənib

İranda Ceyş əl-Ədl adlı silahlı qruplaşma ölkənin cənub-şərqində yerləşən Sistan-Bəluçistan vilayətindəki məhkəmə binasına hücum edib.

“Xeberlenti.com” xəbər verir ki, bununla bağlı İran KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb və bununla bağlı bəyanat yayıb.

Hücum nəticəsində ölən şəxslərin sayı 8-ə çatıb.

“Xeberlenti.com”

About Author