Rusiyada qəzaya uğramış “An-24” təyyarəsinin qara qutusundan ilk məlumatlar əldə olunub

Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri iyulun 24-də Rusiyanın Amur vilayətində qəzaya uğrayan “An-24” təyyarəsinin uçuş registratorlarını tədqiq ediblər.

“Xeberlenti.com” bu barədə DAK-a istinadla xəbər verir.

“Parametr məlumatlarının daşıyıcısı olan maqnit lenti yanğın nəticəsində məhv edilib, səs yazıcısında olan məlumatlar isə qalıb. Təyyarə yerə çırpılmazdan əvvəl onun sistemlərində heç bir nasazlıq qeydə alınmayıb”, – deyə DAK-ın məlumatında bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

About Author