Gürcüstanda qəza-bərpa işlərinin görülməsindən sonra Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib.
“Xeberlenti.com” xəbər verir ki, bu barədə “Qazprom Ermənistan”ın Mətbuat Xidməti məlumat yayıb.
Qazın verilişinin iyulun 26-da bərpa edildiyi vurğulanıb.
Xatırladaq ki, iyulun 24-də Gürcüstan ərazisində “Şimali Qafqaz – Cənubi Qafqaz” tranzit magistral qaz kəmərinin “Qazax – Saquramo” hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılıb.
