Yay aylarında günəş, dəniz və tərin təsiri baş dərisinin sağlamlığı üçün təhlükə yarada bilər. Xüsusilə isti havalarda kəpək problemi daha çox müşahidə olunur. Bəs bu mövsümdə kəpəkdən necə qorunmaq olar?
“Xeberlenti.com” xəbər verir ki, mütəxəssislər yay aylarında kəpəklənmənin qarşısını almaq və mövcud problemi aradan qaldırmaq üçün sadə, lakin təsirli üsullar tövsiyə edirlər.
İlk növbədə qeyd olunur ki, yayda saçlar daha tez-tez yuyulduğu üçün sərt tərkibli şampunlardan istifadə baş dərisini quruda və kəpək problemini daha da artırar. Bu səbəblə, sulfatsız və nəmləndirici tərkibli şampunlara üstünlük verilməlidir.
Eyni zamanda, tərkibində sink pirition, salisilik turşu və ya ketokonazol olan kəpək əleyhinə şampunlardan həftədə bir-iki dəfə istifadə etmək tövsiyə olunur.
Unutmaq olmaz ki, günəş şüaları yalnız dəriyə deyil, baş dərisinə də zərər verə bilər. Uzun müddət günəşə məruz qalmaq baş dərisinin qurumasına və qabıqlanmasına səbəb olur. Bu hal isə kəpəklənməni artırır.
Bunun qarşısını almaq üçün geniş kənarlı papaqlardan istifadə etmək və ya UV filtrləri olan saç spreylərindən yararlanmaq məsləhətdir.
Kəmalə Vəliyeva
