Axşamkı konsertə görə bu yol bağlanıb

Bakı Olimpiya Stadionunda keçiriləcək konsert proqramı ilə əlaqədar olaraq Heydər Əliyev prospekti və Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi istiqamətindən stadion istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

“Xeberlenti.com” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Qeyd edək ki, bu gün BOS-da Castin Timberleykin konserti olacaq. Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil olunacaq. Məlumata görə, daşımalar ümumilikdə 80 avtobusla təşkil olunacaq:

“Konsert iştirakçılarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə olunur”.

Vurğulanır ki, saat 16:00–20:00 aralığında aşağıdakı metrostansiyalardan Bakı Olimpiya Stadionu istiqamətində avtobuslar fəaliyyət göstərəcək:

“Koroğlu” m/st (Nəqliyyat Mübadilə Mərkəzi)

 “Qara Qarayev” m/st

“28 May ” m/st

“20 Yanvar” m/st

Bakı Olimpiya Stadionundan əks istiqamətdə isə avtobuslar saat 23:00-dan etibarən yola düşəcək.

“Xeberlenti.com”

About Author