Dadaş Şeydayev “İlin Sosial-Maarifçi Mütəxəssisi” adına layiq görüldü

Azərbaycanın təhsil və maarifləndirmə sahəsində növbəti uğurlu addım atıldı. EDU Forum-un təşkilatçılığı, və ölkənin aparıcı təhsil platformalarının dəstəyi ilə təqdim edilən “İlin Sosial-Maarifçi Mütəxəssisi” mükafatı bu il Dadaş Şeydayevə təqdim olunub.

Dadaş Şeydayev son 6 il ərzində gənclərin inkişafı və maariflənməsi istiqamətində sistemli və ardıcıl fəaliyyətləri ilə tanınıb. O, xüsusilə aşağıdakı sahələrdə göstərdiyi töhfələrlə diqqət çəkib:
• Gənclərin maariflənməsi və həyat bacarıqlarının inkişafı,
• Orta və ali təhsilə davamlı yönləndirmə,
• Peşə seçimi və ixtisas seçimində fərdi dəstək,
• Hərbi və ali təhsil imkanları ilə bağlı geniş auditoriyalarda maarifləndirmə,
• Tələbə qəbulu, orta-ixtisas və əlavə təhsil sahələrində peşəkar məsləhətçilik fəaliyyəti.

Bu sahələrdə apardığı təbliğat və təşviqat işləri minlərlə gəncin həyat yolunu müəyyənləşdirməsində böyük rol oynayıb. Məhz bu səbəbdən onun fəaliyyəti yalnız pedaqoji baxımdan deyil, həm də sosial məsuliyyət nümunəsi kimi dəyərləndirilib.

Mükafatın təqdimat mərasimi isə xüsusi diqqətə layiq hadisə olub. Təltif Azərbaycan Respublikası Milli Məclisinin deputatı, hörmətli Ceyhun Məmmədov tərəfindən şəxsən təqdim edilib. Bu, həm də ölkə rəhbərliyinin gənclərlə bağlı ictimai və maarifləndirici təşəbbüslərə verdiyi dəyərin bariz nümunəsidir.

EDU Forum və təhsil ictimaiyyəti adından Dadaş Şeydayevi bu əlamətdar uğur münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində daha böyük nailiyyətlər və geniş auditoriyalara təsir göstərməyi arzulayırıq.

Xeberlenti.com

About Author