Eynəyinizi Unutduran Həssas Üsul: SILK Lazer Cərrahiyyəsi

Oftalmoloq Prof. Dr. Banu Coşar, miyopiya və astiqmatizmin müalicəsində ən yeni lazer texnologiyası olan SILK (Smooth Incision Lenticule Keratomileusis) üsulunun üstünlüklərindən danışıb. Onun sözlərinə görə, bu üsul zamanı bütün prosedurlar cəmi 3-4 millimetrlik kəsiklə həyata keçirilir və buynuz qişanın təbii quruluşu maksimum dərəcədə qorunur.

Xeberlenti.com xəbər verir ki, uzaq və ya yaxın məsafəyə baxarkən bulanıq görmə, baş ağrıları, göz yorğunluğu və daha yaxşı görmək üçün gözləri qıymalı olmaq kimi hallar insanların həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər. Bu problemlərin əsas səbəbləri isə müasir dövrdə ən çox rast gəlinən görmə qüsurları – miyopiya və astiqmatizmdir.

Son illərdə ekran qarşısında uzun müddət keçirmək bu refraktiv pozğunluqların daha geniş yayılmasına səbəb olub. Lakin müasir lazer texnologiyaları vasitəsilə bu qüsurlar aradan qaldırılaraq eyək və kontakt linzaya ehtiyac olmadan aydın görmə təmin edilir.

2023-cü ildən etibarən dünya miqyasında, son bir il ərzində isə artıq ölkəmizdə də tətbiq olunan SILK lazer proseduru, bıçaqsız və qanadsız şəkildə icra olunaraq xəstələrə çoxsaylı üstünlüklər təqdim edir.

Prof. Dr. Banu Coşarın sözlərinə görə:

“SILK əməliyyatı sadəcə 3-4 millimetrlik kəsiklə aparılır və bu, buynuz qişanın strukturu üçün minimal müdaxilə deməkdir. Prosedurdan bir neçə saat sonra yalnız yüngül sancı hissi müşahidə oluna bilər. Xəstələr adətən həmin gün ərzində ağrısız şəkildə gündəlik həyatlarına qayıdırlar. Bu üsul həm də ənənəvi metodlarla müqayisədə daha yüksək təhlükəsizlik və struktur qorunması təmin edir.”

Bu yeni texnologiya ilə artıq görmə problemi olanlar daha az narahatlıqla, daha sürətli və təhlükəsiz şəkildə eynəksiz həyata qayıda bilirlər.

Xeberlenti.com

About Author