Günün ulduz falı: Seçimlərinizə diqqət edin, fürsətləri qaçırmayın!

Qoç

Bu gün prioritetləri düzgün müəyyənləşdirmək çətin ola bilər. Əhəmiyyətsiz və uğursuzluğu əvvəlcədən bəlli olan layihələrə həddindən artıq enerji sərf etmək riskiniz yüksəkdir. Başqalarının faydalı ola biləcək məsləhətlərinə qulaq asmaq istəyi azalacaq. Öz və başqalarının səhvlərini təhlil etmək isə gələcəkdə səhvlərdən qaçmaq üçün önəmlidir.

Tanış və adi işlər asanlıqla yerinə yetiriləcək, lakin bu da diqqətsizlik və darıxma ilə müşayiət oluna bilər. Bu isə vacib detalları gözdən qaçırmanıza səbəb ola bilər. Natamam işlərə görə tənqid olunma münaqişəyə yol aça bilər, bu səbəbdən sakit və barışcıl əhval-ruhiyyəni qorumağa çalışın.

Buğa

Səhər saatları məhsuldar və uğurlu keçəcək. Bu, əsasən zəhmətinizin nəticəsi olacaq. Çətinliklərdən qorxmayacaq, mühüm və mürəkkəb tapşırıqlara dərhal başlaya biləcəksiniz.

Günün ortalarında aparılan söhbətlər zaman alsa da, faydalı məlumatlar əldə etməyiniz mümkündür. Günün ikinci yarısında isə fiziki yüklənmədən çəkinin və özünüzü yormamağa çalışın.

Əkizlər

Bu gün reallığı düzgün qiymətləndirmək vacibdir. İllüziyalara qapılmaq və ya başqalarının şübhəli təkliflərinə aldanmaq riski var. “Qızıl dağlar” vəd edənlərə qarşı ayıq olun.

Tanış işlərə yönəlmək daha məqsədəuyğundur. Yeni layihələrə başlamaq və ya mürəkkəb texniki sistemlərlə işləmək çətinlik yarada bilər. Belə tapşırıqları sonraya saxlamaq daha doğrudur.

Xərçəng

Sakitliyinizi qorumaq və xırda uğursuzluqlara fəlsəfi yanaşmaq bu günün əsas şərtidir. Maneələr olsa da, onlar keçilməz olmayacaq. Əsas odur ki, təslim olmayasınız və məqsədinizə doğru ardıcıl irəliləyəsiniz.

Yeni və maraqlı tanışlıqlar mümkündür. İlk təəssürat yaratmaq çətin olsa da, zamanla insanlarda sizə qarşı simpatiya yaranacaq. İctimai çıxışlar planlaşdırmısınızsa, ciddi hazırlıq vacibdir – suallardan yayınmaq mümkün olmayacaq.

Şir

Bu gün çətin məsələlər üzərində düşünmək və mürəkkəb tapşırıqları həll etmək üçün əlverişlidir. Düzgün nəticələrə gələcək, ətrafınızdakıların razılığını qazanacaqsınız. Rəhbərliklə əlaqələr və ictimai çıxışlar üçün də uyğun gündür.

Lakin sənədlərlə iş və maliyyə hesabatları ilə məşğul olmaq çətin ola bilər. Kiçik, amma əsəbiləşdirici səhvlər mümkündür. Belə işləri daha münasib vaxta saxlamaq məsləhətdir.

Qız

Günün əvvəlində emosiyalarınızı nəzarətdə saxlamaq çətin olacaq. Mübahisələrə yol verməməyə çalışın – hətta sakit və konstruktiv görünən söhbətlər belə qarşılıqlı iradlara çevrilə bilər.

Günün ikinci yarısı daha sakit keçəcək. Ətrafınızda dəstək verəcək insanlar olduqda özünüzü daha rahat hiss edəcəksiniz. Bu, həm iş, həm də ailə münasibətlərini gücləndirmək üçün münasib vaxtdır.

Tərəzi

Bu gün yeniliklərdən və qeyri-adi təcrübələrdən çəkinməyin. Əgər fərqli ideyalarınız varsa, onları paylaşmaqdan çəkinməyin – ətrafınızdakılar sizi dinləyəcək və dəstək verəcəklər.

Səyahət planlayan Tərəzilər diqqətli olmalıdır. Marşrutu əvvəlcədən planlaşdırın və nəyisə evdə unutmadığınızdan əmin olun. Tələskənlikdən çəkinin.

Əqrəb

Bu gün Əqrəblər cəsarətli və inadkar davranışları ilə seçiləcəklər. Bəziləri bu xüsusiyyətlərə heyran qalacaq, digərləri isə məsafə saxlamağa çalışacaq.

Əqrəb qadınlar daha diqqətli olmalıdırlar – onlar kimlərinsə xüsusi marağına səbəb ola bilər və sonradan bu marağın qarşısını almaq çətinlik yarada bilər.

Oxatan

Son vaxtlar sizi düşündürən suallara cavab tapacağınız bir gündür. Güclü müşahidə qabiliyyəti və məntiqinizin dəstəyi ilə doğru nəticələrə gələcəksiniz.

Gənc Oxatanlar məqsədlərini daha aydın müəyyənləşdirə, böyüklər isə kiminlə əməkdaşlıq etməyin daha etibarlı olduğunu dərhal anlayacaqlar.

Oğlaq

Elə təsir bağışlaya bilər ki, hamı sizə qarşı çıxıb, lakin bu, reallığı əks etdirmir. Ətrafınızda sizi dəstəkləyən insanlar var və münasibətlər tezliklə bərpa olunacaq.

Uzunmüddətli layihələrə başlamaq üçün münasib gündür. Yalnız bu layihələr üçün kifayət qədər resurs və zamanınız olduğuna əmin olun. Komanda ilə işləmək daha çox uğur gətirəcək.

Dolça

Günün əvvəlində prioritetləri müəyyənləşdirmək çətin ola bilər. Lakin bu mərhələni adladıqdan sonra gününüz uğurlu keçəcək.

Vacib işlərdə israrlı olmaq və başqalarını razı salmaq üçün səbirli olmaq vacibdir. Hər şey dərhal nəticə verməsə də, səbr uğur gətirəcək.

Balıq

Səhər saatlarında başqalarının problemləri ilə məşğul olmalı ola bilərsiniz. Bu, sizi yorsa da, sevdiklərinizə kömək etmək sizi ruhlandıracaq.

Əzm və çalışqanlıqla qarşıya qoyulan məqsədlərə çatmaq mümkündür. Hüquqi və inzibati sahədə çalışan Balıqlar xüsusilə uğur qazana bilərlər. Şəxsi həyatda isə yaradıcı Balıqları müsbət dəyişikliklər gözləyir.

Xeberlenti.com

About Author