“Hizbullah” Netanyahunun vəkilini hədəfə alıb

Fransa hökuməti İsrailin Baş naziri Benyamin Netanyahunun vəkili Olivye Pardoya qarşı mümkün sui-qəsd planı ilə bağlı araşdırma başladıb.

Xeberlenti.com xəbər verir ki, bu barədə “France-Presse” agentliyi Paris Prokurorluğuna istinadən məlumat yayıb.

Bildirilir ki, Olivye Pardo hüquq-mühafizə orqanlarına keçmiş məhbus və əvvəllər polis informatoru olan Rudi Terranova ilə 16 iyulda baş tutmuş söhbətdən sonra müraciət edib.

Terranova bildirib ki, Seneqala səfəri zamanı “Hizbullah” hərəkatının üzvləri ona Pardoya sui-qəsd təşkil etməyi təklif ediblər. O, vəkilin məhz Netanyahu ilə əlaqəsinə görə hədəfə çevrildiyini bildirib.

“Məhkəmə orqanlarının bunun real təhlükə, yoxsa xəyali təhdid olduğunu müəyyən edəcəyinə inanıram”, – deyə Pardo nəşrə açıqlamasında qeyd edib.

Xeberlenti.com

About Author