23-27 İyul 2025 ci il tarixində Özbəkistan respublikasının Daşkənd şəhərində Savat idman növü üzrə Gənclərin Dünya çempionatı və Yeniyetmələrin Dünya Kuboku keçirilib.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2025 ci ilin təqvim planına uyğun olaraq Azərbaycan Savat Fedarasiyasının Gənclərdən və Yeniyetmələrdən ibarət milli yığma komandası çempionatda iştirak ediblər.
Millinin tərkibində yer almış Göygöl rayon İrəvan İdman Mərkəzinin Savat bölməsinin 3 nəfər idmançısı adı gedən çempionatda öz güclərini sınayıblar.
Gənclərin Dünya Çempionatı
•Məmmədli Məhəmməd 56 kq çəki dərəcəsində
Dünya Kubokunu qazanıb
•Hüseynzadə Raul 30 kq çəki dərəcəsində
•İbrahimli İbrahim 36 kq çəki dərəcəsində
Gənclər və İdman naziri cənab Fərid Qayıbova Azərbaycan Savat Fedarasiyasının prezidenti hörmətli Rafiq Əliyevə Milli komandanın baş məşqçisi Taleh Nağızadəyə və Azərbaycan Savat Fedarasiyasının Qərb region nümayəndəsi Beyrək Bağırova Göygöl rayon İrəvan İdman Mərkəzinin şəxsi heyəti adından öz dərin minnətdarlığımızı bildiririk və İdmançılarımızı Təbrik edirik.
